Azərbaycan kubokunun II təsnifat mərhələsi çərçivəsində bu gün "Şimal"la keçirilən oyunla bağlı məşqçi Zaur İsmayılovun açıqlaması: "Rəqibin kimliyindən asılı olmayaraq qələbə qazanmaq üçün mübarizə apardıq. Birinci hissə gərgin keçdi. Rəqib müqavimət göstərməyi bacardı. Fasilədə müəyyən tapşırıqlar verdik və ikinci hissədə nəticəsini gördük. Komanda daha çox hərəkət etdi və yaradılan imkanları realizə etməyi bacardı. Oyunun gedişində çalışdıq digər matçlarda meydana çıxmayan futbolçulara da şans verək. "Şimal" komandasını da yaxşı mübarizəyə görə təbrik edirəm".